Modern.az

Britaniya şahzadəsi 2-ci dəfə ata olacaq

Britaniya şahzadəsi 2-ci dəfə ata olacaq

Təhsil

8 Sentyabr 2014, 15:01



Britaniyanın kral sarayı şahzadə Uilyamın ikinci dəfə ata olacağı barədə rəsmi məlumat yayıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Kembric şahzadəsi II Uilyamın xanımı Keyt Midlton hamilədir.

Xatırladaq ki, 2011-ci il aprelin 29-da ailə həyatı quran Uilyam və Keyt Midlton cütlüyünün 2013-cü il iyulun 22-də Corc Aleksandr Lui adlı oğlu övladları dünyaya gəlib. Britaniya taxtının varisləri siyahısında şahzadə Uilyam 2-ci (atası şahzadə Çarlzdan sonra) və oğlu Corc Aleksandr Lui isə 3-cüdür.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı