Modern.az

Qənirə Paşayeva Türkiyə kanallarında çıxışlar edib

Qənirə Paşayeva Türkiyə kanallarında çıxışlar edib

Təhsil

24 Oktyabr 2010, 15:50

Millət vəkili Qənirə Paşayeva İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə "Türk Şurası, Türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda keçirilən Dünya Türk Forumu çərçivəsində Türkiyənin TRT başda olmaqla bin neçə televiziya kanalında çıxışlar edib, bir sıra qəzetlərə müsahibələr verib.

Millət vəkili Dünya Türk Forumu çərçivəsində Türkiyə Böyük Millət Məclisinin deputatları, Türkiyənin bir sıra politoloqları, elm adamları, Qazaxıstan, Qırğızıstan, Rusiya, Amerika, Fransa, Almaniya, Finlandiya, Hollandiya, Belçika, Avstriya, Böyük Britaniya, Danimarka, Bolqarıstan və digər ölkələrdən gələn Türk kökənli millət vəkilləri, siyasətçilər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, elm, mədəniyyət xadimləri ilə görüşlər keçirib.

Qənirə Paşayeva televiziya kanallarındakı çıxışlarında, qəzetlərdəki müsahibələrində və görüşlərdə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı, 1 milyon azərbaycanlının bu gün də qaçqın və məcburi köçkün həyatı yaşaması və Ermənistanın onların öz evlərinə geri dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib.

Millət vəkili eyni zamanda Azərbaycan dövlətinin Türk dövlətlərinin və xalqlarının əməkdaşlığının genişləndirilməsi və diasporlarımızın birgə və ümumi hədəflər uğrunda fəaliyyəti istiqamətində gördüyü işlərdən söhbət açıb.

Qənirə Paşayeva vurğulayıb ki, Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün Türk dünyasının problemidir və dünyanın hər yerində yaşayan türklər bu problemin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdır. «Biz ermənilərin qondarma erməni soyqırımı yalanlarına qarşı da birgə mübarizə aparmalıyıq, müdafiədən hücuma keçməliyik, ermənilərin bütün dünyanın gözü qarşısında 18 il əvvəl Xocalıda törətdiyi soyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində birgə çalışmalıyıq», Paşayeva deyib.

Azərbaycan prezidenti İlham Əliyevin Türk Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən «biz müdafiədən hücuma keçməliyik» sözlərini xatırladan millət vəkili Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən danışıb və vurğulayıb ki, qondarma erməni soyqırımı iddiaları, ermənilərin Azərbaycanla, onun ayrılmaz parçası olan Qarabağla bağlı dünyada apardıqları yalan kampaniyasına qarşı bütün Türklər birgə mübarizə aparmalıdır.

Millət vəkili bir çох tədbir iştirаkçılаrınа Аzərbаycаn həqiqətləri, Qаrаbаğ prоblеmi, Хоcаlı sоyqırımı ilə bаğlı Hеydər Əliyеv Fоndunun hаzırlаdığı kitаblаr və mаtеriаllаrı dа təqdim еdib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı