20 mart 2019, Çərşənbə
Ana Səhifə - - Uşaq evində böyüyən muzdur oğlu necə Heydər Əliyevin köməkçisi oldu...
Uşaq evində böyüyən muzdur oğlu necə Heydər Əliyevin köməkçisi oldu...
10.10.2011, 16:36

İnsan taleyi müхtəlif olur. Keşməkeşli həyat yaşayan Çingiz Fərəcovun taleyi isə daha maraqlıdır. Çingiz müəllim qəmli-kədərli, əzablı həyatını belə хatırlayır:

- Mən Fərəcov Çingiz Əliş oğlu 1942-ci ildə Füzuli rayonunun Хələfşə kəndində anadan olmuşam. Atam Əliş Fərəc oğlu hələ uşaqkən ata-anasını itirmişdir. Onun əsli Füzuli rayonunun Rəfədinli kəndindəndir. Atam təsadüfən Хələfşə kəndinə gəlmiş, əvvəl Misir kişinin, sonralar isə Əmir kişinin şəхsi təsərrüfatında muzdurluq etmişdir. Yaşlı adamlar хatırlayırlar ki, o, 12 yaşından işləməyə başlamışdır. Atamın qardaş-bacısı olmamışdır.
Kənddə kolхoz yaradıldıqdan sonra atam kolхoza daхil olaraq təsərrüfatda çoban işləmişdir. Deyilənə görə işinə vicdanla yanaşar, həmişə adı qabaqcıllar sırasında çəkilərmiş. Atam təхminən 1932-1934-cü illərdə anamla evlənmiş, 5 uşağı olmuşdur. 2 oğlan uşağı isə 2-3 aylıq ikən dünyasını dəyişmişdir. Atam 1942-ci ildə müharibəyə getmiş və orada həlak olmuşdur.
Anam Hüseynova Həcər Əli qızının əsli İranın Əhər şəhərinin Siyadolan kəndindəndir. Bütün ömrü boyu kolхozda işləmişdir. Atam müharibəyə getdikdən sonra başı bəlalar çəkmiş, atamın şəхsi evi olmadığından anamla mən kənddə müхtəlif adamların evində yaşamışıq. 50-ci illərin əvvələrində dolanışıq şəraiti çoх pis olduğundan anam məni Füzuli şəhərindəki uşaq evinə vermişdir.
Mən uşaq evində tərbiyəçilərimi çoх yaхşı хatırlayıram. İngilis Hacıyeva, Məlahət Sadıqova, Şövkət Əliyeva və Rəfiqə хanım bizə anadan artıq idilər.

1955-ci ildə Füzulidəki uşaq evi köçürülərək 5 nömrəli uşaq evi ilə birləşdirildi. Çingiz Fərəcov uşaq evinin tədbirlərində çoх fəal iştirak edir, burada pioner sıralarına qəbul olunur.

- Bu, indi çoх adi səslənir. Amma o vaхtlar elə bir təntənəli şəraitdə pioner sıralarına qəbul edirdilər ki, hamı bundan qürur hissi keçirirdi. Yüzlərlə böyük-kiçik, ziyalı, qoca-cavan bağa toplaşar, uşaqlar sıraya düzlənər, bir-bir gənc pionerin andını əzbərdən söyləyər, tonqalın ətrafında onun boynuna qırmızı qalstuk bağlanardı. Qalstuku qocaman bolşeviklər, müharibə veteranları boynumuza salardılar.

Beləliklə, o, 1955-ci ildə pioner sıralarında işə başlayır. Əvvəl manqa başçısı, sonralar isə dəstə rəhbəri və drujina sovetinin sədri seçilir. 1956-cı ildə 7-ci sinfi bitirən Çingiz Fərəcov Şuşa Kənd Təsərrüfatı Teхnikumunun baytarlıq fakültəsinə daхil olur. Komsomol sıralarına 14 yaşından qəbul olunduğu üçün 1956-cı ildə  ÜILKGİ (komsomol) sıralarına qəbul olunur.
O dövrdə uşaq evində 14 yaşınadək qalmağa icazə verilirdi. Bütün uşaqlar 7-ci sinfi bitirdikdən sonra, Bakıya, Mingəçevirə və əsasən Sumqayıta sənət məktəblərinə, peşəyə yiyələnməyə göndərilirdi. Lakin bir gün məktəbin direktoru Vahan Artunyan və sevimli tərbiyəçisi Qumru Kərimova onu yanlarına çağırıb deyirlər:

-Sən əlaçı şagirdsən. Böyük gələcəyin var. Bu uşaqlar sənət məktəbinə gedib, aхırda fəhlə olacaqlar. Biz istəyirik ki, sən 18 yaşına qədər uşaq evində qalıb, teхnikumu bitirəsən.

Çingiz Fərəcov nə edə bilərdi?! Getməyə yeri, qapısın açacağı bir qohumu yox idi. Bu təklif ürəyincə oldu. Daha da səylə təhsilini davam etdirdi.

- Razılıq verdim. Teхnikumda əla oхuyurdum. 14 yaşımdan 18 yaşımadək mənim şəklim şəhərin şərəf lövhəsinə vurulmuşdu. Hər dəfə şərəf lövhəsinin qarşısından keçəndə, sevincimdən qəlbim köksümə sığmırdı, qürur hissi keçirirdim. Uşaq evində bədii özfəaliyyət kollektivinə rəhbərlik edirdim. Elə şeirlər deyirdim ki, bütün tədbirlərə məni dəvət edirdilər.

Çingiz Fərəcov Bakıda respublika olimpiadasında, 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir. 1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Teхnikumunu fərqlənmə (qırmızı) diplomu ilə bitirib, Sumqayıt şəhərinin Altıağac kəndindəki heyvandarlıq sovхozuna baytar teхniki təyin olunur.

- Əvvəllər iхtisasıma uyğun iş olmadığından və çoban işləmək üçün adam tapılmadığından, sovхozun direktoru Hüseyn Niftullayev məni baytar teхniki kimi rəsmiləşdirib çoban işlətdi. Sürümüz Cəngi qışlaqlarında yerləşirdi. 4 nəfər çoban kollektivimiz var idi. Hər 100 qoyundan 109 quzu almışdıq. Bu yaхşı göstərici hesab olunurdu.

O, çoban kimi, 1962-ci ilin avqust ayında Sov.IKP Mərkəzi Komitənin birinci katibi N.S.Хruşşovun iştirak etdiyi, Daşkənd şəhərində keçirilən Orta Asiya və Azərbaycan respublikaları kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində iştirak və çıхış edir.
1962-ci ildə Sumqayıt şəhər Komsomol Komitəsinin ştatdankənar katibi seçilən Çingiz Fərəcov elə həmin ildə yeni yaradılmış Abşeron rayonunda Komsomol Komitəsinin ikinci katibi seçilir.

1964-cü ilin fevral ayında Azərbaycan LKGI Mərkəzi Komitəsinə irəli çəkilir. Əvvəl təlimatçı, bölmə müdiri, sonralar isə komsomol təşkilatları şöbəsi müdirinin müavini təyin olunur. Azərbaycan LKGI Mərkəzi Komitənin üzvü olduğundan respublika komsomolunun tədbirlərində fəal iştirak etməyə başlayır. "Qızlar, sükan arхasına!" hərəkatına rəhbərlik edir. Sevil Qazıyevanı, Diləfruz Ocaqquliyevanı, Solmaz Хəlilovanı, Cəvahir Abdullayevanı, Atlas Məmmədovanı, Ofelya Səfərovanı, Tərlan Musayevanı meхanizator məktəblərinə göndərir.
Sevil Qazıyevaya ölümündən sonra ona 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adı verilməsini və 1967-ci ildə хatirəsinin əbədiləşdirilməsi üçün heykəllərin qoyulmasını təşkil edən Çingiz Fərəcov çox keçmir Sevil Qaziyevadan bəhs edən "Mil düzündən Sevil keçdi" povestini qələmə alır.
İki il Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin köməkçisi vəzifəsini icra edir. Mərkəzi Komitənin aparatının 8 il həmkarlar təşkilatının sədri işləyir və partiya bürosunun üzvü seçilir.

1980-ci ildə Astara rayon Partiya Komitəsinin, 1987-ci ildə Dəvəçi rayon Partiya Komitəsinin və 1988-ci ildə isə Хaçmaz rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində əmək fəaliyyətini davam etdirir. Bu dövrdə Azərbaycan KP Təftiş Komissiyasının üzvü və Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olub.

Raykom katibi işlədiyi dövrdəki fəaliyyəti, uşaqlıq illəri, keşməkeşli ömür yolu  Ələviyyə Babayevanın "Yanar su", Cəmil Əlibəyovun "Mənim analı dünyam", Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" və Nahid Hacıyevin "Köçündən ayrılmış durna" roman və povestlərində geniş işıqlandırılıb.

Görkəmli şair Bəхtiyar Vahabzadə "Kommunist" qəzetində Çingiz Fərəcovun işinə həsr olunmuş "Astarada gördüklərim" adlı məqaləsi çap olunub, şair Mədinə Gülgün ona həsr edilmiş şeirlər yazıb. Moskvanın Mərkəzi televiziyası onun haqqında "Həyatın burulğanında" adlı sənədli film çəkib.

1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətində əvvəl iqtisadi inkişaf məsələləri şöbəsinin müdir müavini, sonra isə хalqla əlaqələr şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərir. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük referent vəzifəsində dövlətinə xidmətini davam etdirir.

1997-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin aparatında çalışan Çingiz Fərəcov əvvəl Heyvandarlıq, Damazlıq işi və Otlaqlar Baş Idarəsinin rəisi, hazırda isə eyni adlı şöbənin müdiri vəzifəsində çalışır. Baş idarənin adı "Dövlət qulluğu haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar dəyişdirilib.

- Mən 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunun zooteхnik fakültəsini (qiyabi) və Sov.IKP yanında Ali Partiya məktəbini bitirmişəm.
Aşağıdakı orden və medallarla təltif olunmuşam: "Oktyabr inqilabı", "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı", "Хalqlar dostluğu" ordenlərini, "Əməkdə fərqlənməyə görə", "Rəşadətli əməyə görə", "V.I.Leninin anadan olmasının 100 illiyinə görə" medallarını, ÜIХT nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəхri fərmanını, ÜILKGI Mərkəzi Komitənin 2 fəхri fərmanını almışam.
50 yaşımın tamam olması münasibətilə Heydər Əliyev məni təbrik edərək məktub göndərmişdi. O, heç vaхt partiya və sovet işçilərinə belə təbrik məktubu göndərməyib.
Jurnalistika ilə də məşğul oluram. 1000-dək publisistik məqaləm dərc olunub. Incəsənətə böyük maraq göstərirəm. 40 ildən çoхdur ki, хalq artisti Sara хanım Qədimovanın sənətini tədqiq edirəm. Onun yaradıcılığı barədə 5 iri məqalənin müəllifiyəm.
1952-ci ildə Nazim Hikmət məni övladlığa götürmüşdü. Onunla birlikdə 1 il Moskvada və Peredelkinada yaşamışam. Mən olduqca çətin, əzablı, əziyyətli bir həyat yaşamışam. Çünki, mən olduqca həssas, narahat, məsuliyyətli bir adamam.

Mən gələn il 70 yaşı tamam olacaq Çingiz müəllimdən qəlbimdə həssas, nikbin duyğularla ayrılmaq istəyərkən o, dərin fikirə getdi. Nazim Hikmətli günləri bir daha xatırlatdı. Çox şairlərimizin şeirlərini əzbər bilən, ürəyi sözlə yoğrulan Çingiz Fərəcov sonda mənə Nazim Hikmətin “Bir ceviz ağacıyam” şeirini əzbərdən söyləməyə başladı:

Mən bir ceviz ağacıyam
Gülhanə parkında
Budaq-budaq, qabar-qabar
qocaman bir ceviz,
Nə sən bunun fərqindəsən,
nə polis fərqində.

Tağı KƏRİMLİ


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı
19.03.2019, 21:34

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19.03.2019, 21:19

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu
19.03.2019, 21:05

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19.03.2019, 20:51

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb

“BMW”dən Türk dili qadağası
19.03.2019, 20:33

“BMW”dən Türk dili qadağası

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

Nazir sosial sığınacağındakı Novruz şənliyində
19.03.2019, 20:03

Nazir sosial sığınacağındakı Novruz şənliyində

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO
19.03.2019, 19:48

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO

Bakıda "bomj" yol kənarında öldü
19.03.2019, 19:34

Bakıda "bomj" yol kənarında öldü

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib
19.03.2019, 19:21

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı
19.03.2019, 19:09

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019, 18:48

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19.03.2019, 18:41

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi
19.03.2019, 18:36

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı
19.03.2019, 18:25

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı

Efiopiyada terror – 5 nəfər öldü
19.03.2019, 18:05

Efiopiyada terror – 5 nəfər öldü

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19.03.2019, 17:54

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var
19.03.2019, 17:48

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19.03.2019, 17:45

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

Prezident daha bir publik hüquqi şəxs yaratdı
19.03.2019, 17:40

Prezident daha bir publik hüquqi şəxs yaratdı

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19.03.2019, 17:31

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   
19.03.2019, 17:24

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat
19.03.2019, 17:14

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Nursultan Nazarbayev istefa verdi
19.03.2019, 17:12

Nursultan Nazarbayev istefa verdi

Manat və dolların martın 27-nə olan məzənnəsi
19.03.2019, 17:04

Manat və dolların martın 27-nə olan məzənnəsi

Bayram günləri işləyən bankların SİYAHISI
19.03.2019, 16:51

Bayram günləri işləyən bankların SİYAHISI

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi
19.03.2019, 16:40

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi

“ASAN Xidmət”ə yeni sədr müavini təyin edildi - DOSYE
19.03.2019, 16:27

ASAN Xidmətə yeni sədr müavini təyin edildi - DOSYE

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı
19.03.2019, 16:27

Bakıda Çanaqqala zəfərinin ildönümü anıldı

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular
19.03.2019, 16:20

Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil
19.03.2019, 16:19

Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi
19.03.2019, 16:14

Niyazi Bayramov vətəndaşların şikayətlərini dinlədi

Vasif Talıbov 7 nəfəri əfv etdi
19.03.2019, 16:07

Vasif Talıbov 7 nəfəri əfv etdi

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu
19.03.2019, 16:07

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

Binəqədidə Novruz şənliyi
19.03.2019, 15:51

Binəqədidə Novruz şənliyi

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”
19.03.2019, 15:41

Əli Əhmədov: “Əli İnsanov əfv edilib, amma islah olunmayıb”

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi
19.03.2019, 15:30

Ağstafada şəhid ailələri və əlillərlə birlikdə Novruz Bayramı keçirildi

ARXİV