Modern.az

BTQ Azərbaycanın Orta Dəhlizdəki mövqeyini gücləndirir - ADY sədri

BTQ Azərbaycanın Orta Dəhlizdəki mövqeyini gücləndirir - ADY sədri

İqtisadiyyat

18 May 2026, 23:21

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidzenin iştirakı ilə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi layihəsinin tamamlanması və yekun qəbulu ilə bağlı sənədin imzalanması BTQ-nin yeni mərhələyə keçdiyini, Orta Dəhliz üzrə daha böyük yükdaşıma funksiyasını icra etməyə hazır olduğunu göstərir".

Modern.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov sosial şəbəkə hesabında bildirib.

Vurğulanıb ki, ADY tərəfindən 2024-cü ildə xəttin Gürcüstan hissəsində görülmüş modernləşdirmə işləri nəticəsində illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

"Yenilənmiş BTQ Azərbaycanın regional logistika mərkəzi kimi xüsusilə Orta Dəhliz üzrə mövqeyini daha da gücləndirir – Azərbaycanı Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə daha güclü şəkildə inteqrasiya edir və ölkəmizi Şərq-Qərb ticarətində etibarlı logistika qovşağına çevirir.

Bu cür iri infrastruktur layihələri Azərbaycanı yalnız tranzit məkanı deyil, regionun yük axınlarını idarə edən və istiqamətləndirən aparıcı logistika platformalarından biri kimi ön plana çıxarır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir