Modern.az

“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ

“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ

Aktual

23 Oktyabr 2018, 15:11

Robot “Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:

"Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot “Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə "ASAN-xidmət" modelinin təbliği ilə məşğul olsun".

E.Niftəliyevin sözlərinə görə, “Sofiya” 2 gün müddətində "ASAN-xidmət"in qonağıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?