Modern.az

Helikopter qəzaya uğradı,8 hərbçi həlak oldu

Helikopter qəzaya uğradı,8 hərbçi həlak oldu

Dünya

Bu gün, 09:12

Perunun Apurimak, Ene və Mantaro çayı vadisində (VRAEM) hərbi “Mi” helikopterinin (modeli göstərilmir-red) qəzaya uğraması nəticəsində səkkiz hərbçi həlak olub.

Modern.az xəbər verir ki, ölənlər arasında Peru Hərbi Hava Qüvvələrinin beş, quru qüvvələrinin üç hərbçisi var.

Qəzetin məlumatına görə, yalnız pilot sağ qalıb, o, Limaya təxliyə olunur.

Helikopter Ayakuço bölgəsinin Kanayre dairəsində yerləşən Sanabamba şəhəri yaxınlığında hərbi əməliyyat zamanı qəzaya uğrayıb. Təyyarənin hərbi patrul üçün təxliyə əməliyyatında iştirak etdiyi bildirilir.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Sizə yeni x var
Keçid et
Paşinyan Putinin yanına şərtlərlə gedir: Ordunu Gümrüdən çıxart