Modern.az

İcra nümayəndəsi Mübariz İbrahimovun anası  barədə xəbəri TƏKZİB ETDİ

İcra nümayəndəsi Mübariz İbrahimovun anası  barədə xəbəri TƏKZİB ETDİ

Aktual

12 Noyabr 2018, 15:21

“Milli Qəhrəman Mübariz İbrahimovun anası  Şamama xanımın dünyasını dəyişməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bunu Modern.az-a açıqlamasında Biləsuvar rayonu Əliabad kəndinin icra nümayəndəsi Telman Əliyev deyib.

İcra nümayəndəsi bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xanımın səhhəti normaldır və heç bir problem yoxdur.


"Bilmirəm xəbər kim tərəfindən yayılıb, amma bu, çox səhv məlumatdır. Şamama xanımın səhhəti ilə bağlı qəti narahatlıq yoxdur".

 

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə və bəzi saytlarda Milli Qəhrəman Mübariz İbrahimovun anasının vəfatı barədə xəbər yayılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü