Modern.az

Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu

Ev sahibini hədələyib 11 min manat alanlar tutuldu

Aktual

Bu gün, 13:39

Neftçalada quldurluq edən iki nəfər saxlanılıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Neftçalada ev sahibinə qarşı quldurluq edilməsi və 11 000 manat pulun talanması barədə polisə məlumat daxil olub. Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin quldurluq faktını qabaqcadan planlaşdırdıqları və əldə etdikləri pul vəsaitlərini aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Talıbov və N.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! ABŞ əlavə qoşun yığır - İrana dəhşətli hücum...