Bugün təqribən 8,3 milyard insan yaşayan Yer kürəsi Günəş sisteminin üçüncü planetidir. O, bu sistemdə mövcud olan 8 planetdən yeganəsidir ki, orada canlı həyat mövcuddur.
Yer kürəsinin radiusu 6371 km, ekvatorunun uzunluğu isə 40 075 km -dir. Ay Yer kürəsinin yeganə təbii peykidir. Yəni Yer kürəsinin ətrafında təbii olaraq dövr edən yeganə göy cismidir. Ay Yerin ətrafında təqribən 27,3 günə bir tam dövr edir. Günəş isə planetlər ətrafında deyil, planetlər Günəş ətrafında, Ay isə Yerin ətrafında dövr edir. Başqa sözlə, Ay yerin “kosmosdakı yeganə yoldaşı” və Yerin yeganə təbii peyki hesab olunur.
Bundan əlavə, insan tərəfindən hazırlanıb, raketlərlə kosmosa göndərilən və yer kürəsinin ( və ya başqa göy cisimlərinin) ətrafında orbitdə fırlanan süni peyklər (cihazlar) minbərlədir. Onlar Rabitə peykləri, Meteoroloji peyklər, GPS peykləri (yerimizi dəqiq müəyyən etməyə kömək edir). Elmi peyklər (kosmosu və Yer kürəsini araşdırır) insanların hazırladığı kosmik aparatlardan ibarətdir. Hesablamalara görə indiyədək Yer orbitinə 27 500 süni peyk buraxılmışdı. Onların hal-hazırda kosmosda olan 18 840-dək 16 000-i işlək, 8 660 isə artıq orbitdən çıxmışdır.
Yer səthinin böyük hissəsinin ümumi sahəsi 361,1 mln km2 ərazisini Dünya okeanları tutur. Quru ərazinin sahəsı ısə 149,1 mln. km2-dir. Yer kürəsində ən çox qəbul edilən bölgüyə görə 7 materik (qitə) var. Onların sahələri təqribən aşağıdakı kimidir:
Asiya 44.6 milyon km2
Afrika 30,4 milyon km2
Şimalı Amerika 24,2 milyon km2
Cənubi Amerika 17,8 milyon km2
Antarktida 14,2 milyon km2
Avropa 10,0 milyon km2
Avstraliya/Okeaniya 8,5 miyon km2
Dövlətlərə gəlincə demək olar ki, hal-hazırda dünyada mövcud olan195 dövlətdən 193 dövlət BMT-nin həqiqi üzvüdür. Vatikan və Fələstin isə BMT-nin üzvi yox, müşahidəçi dövlət statuslarındadırlar.
Tam tanınmamış dövlətlər də bu siyahıya daxil edilsə dünyadakı dövlətlərin sayı 256-ya bərabər olar.
Yer səthinin quruda ən aşağı nöqtəsi Ölü dənizin sahilləri olmaqla bərabər -dəniz səviyyəsindən təxminən 430 metr aşağıda yerləşir. Amma yer kürəsinin ən aşağı nöqtəsi ümumiyyətlə dənizin altında, Sakit okeanda yerləşir. Mariana çökəkliyindəki Çallencer dərinliyi isə - təqribən 10 900 (11 034) metr dərinlikdədir.
Yerin dəniz səviyyəsindən ən yüksək nöqtəsi Everest dağıdır. Everest 8 848,86 metr Himalay dağında, Nepal ilə Çin (Tibet) sərhəddində yerləşir.
Yer kürəsini qarışqadan başlayaraq, kəpənək, quşlar, balıqlardan vəhşi heyvanlara və digər canlılara qədər təqribən 8 milyard canlı varlıq əhatə edir. Yer kürəsində bütün canlı varlıqların çox kiçik bir hissəsini əvvəldə dediyimiz kimi hazırda həyatda olan 8,3 milyard insan təşkil edir. Modern.az-ın 24 avqust 2024-cü ildə “New Enqland Journal of Medicine” jurnalına əsasən verdiyi xəbərə görə 8,04 milyarda çatan dünya əhalisinin 11 % Avropada, 5%-i Şimalı Amerikada, 9% Cənubi Amerikada, 15% Afrikada, 60% isə Asiyada yaşayır. Dünya əhalisinin 49% kəndlərdə, 51% isə şəhərlərdə yaşayır.... Dünyada insanların 26%-i 15 yaşına çatmadan ölür, 66%-i 15-64 yaş aralığında ölür, insanların yalnız 8%-i 65 və daha yuxarı yaşa qədər ömür sürür.
Yer kürəsində ən çox olan canlı insan, heyvan və ağaclar deyil, mikroorqanizmlər və xüsusilə bakteriyalar say baxımından ağlasığmaz dərəcədə çoxdur. Yalnız insan orqanizmində belə trilyonlarla bakteriya hüceyrələri yaşayır. Qarışqa isə heyrətamiz sayda olub, təqribi hesablamalara görə dünyada 20 katrilyona (20 000 000 000 000 000) yaxındır. Yəni təxminən Yer kürəsində hər bir insana 2,4 milyon qarışqa düşür. Bəli, bütün bunlar təxmini hesablamalardır, çünki bütün canlıları dəqiq saymaq mümkün deyildir. Amma insanlar yeganə canlı varlıqdır ki, onların şüuru, düşüncəsi var və onlar fikirləşib qərar qəbul edə bilirlər, onlar Planetimiz üçün bu və ya digər səviyyədə cavabdeh olmaqla yanaşı onun mövcudluğu üçün məsuliyyət daşıyırlar. Hər gün insanlar təbiəti çaylarda, göllərdə, dəniz və okeanlarda faunanı məhv edir, bizə təmiz hava verən meşələri qırıb, yandırır, atmosferi zəhərləyirlər.
Planet ulduzların ətrafında fırlanan lakin öz işığı olmayan böyük göy sistemidir. Məsələn, Günəş sistemində 8 Planet var: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturin, Uran və Neptun. Yer də onlardan biri olmaqla bərabər o, daim günəşin ətrafında dövr edir.
Ulduzlar öz işığını və istiliyini yaradan göy sistemidir. Bilirik ki, Günəş bir ulduzdur, bəs onda Planet nədir və onun funksiyası nədən ibarətdir?
Planet özü işıq buraxmır. O, yalnız ulduzların işığını əks etdirir və onun ətrafında fırlanır. Yer, Günəşin ətrafında fırlanan müstəqil bir Planetdir. Əsas fərqə gəl dikdəsə ulduzun öz işığı var, Planetinsə öz işığı yoxdur o, yalnız ulduzlardan gələn işığı əks etdirir. Məsələn, gecələr göydə gördüyümüz bütün ulduz kəhkəşanı Günəş kimi parlayan çox-çox uzaqdakı ulduzlardır.
Bəzən Planetlər də bizə ulduz kimi parlaq görünür, amma onlar ulduz deyil.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatlarına görə insanları daim qorxutmaqla bərabər onları vahimədə saxlayan Nüvə Başlıqlarının Sayı 2026-cı ilin əvvəlinə olan məlumatlar aşağıdakı kimidir:
Hazırda Dünyada 9 ölkənin sahib olduğu ümumi nüvə başlıqlarının sayı təqribən 12 187-dir. Dünyanı dağıtmaq üçün bu nüvə başlıqlarının cüzi bir hissəsi kifayət edir. Bəs nə üçün dünyanın aparıcı dövlətləri saxlanması belə çətin olan bu qədər nüvə başlığı istehsal etmişlər və bu başlıqlardan təqribən 9 745-i indi də hərbi ehtiyat məqsədi ilə saxlanılır, 4 012-si isə operativ məqsədlər üçün raketlərdə, yeraltı və yerüstü hərbi bazalarda gizlədilir.
Nüvəyə sahib olan 9 ölkə - Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreyadır. Ümumi nüvə ehtiyatının təqribən 90% qədər Rusiya və ABŞ-ın payına düşür. Dünyada ən böyük nüvə potensialına malik ölkə əlbəttə Rusiyadır. Hazırda Rusiyanın hərbi arsenalında 5889 nüvə bombası və ya raket başlığı var. Təbii ki, ikincilik ABŞ-yə məxsusdur. Pentaqonun ixtiyarında 5244 nüvə başlığı və ya bombası mövcuddur. İlk üçlüyü Çin tamamlayır. Çinin arsenalında 410 nüvə silahı var. Bu siyahıya əsasən Fransanın 290, Böyük Britaniyanın 225, Pakistanın 170, Hindistanın 164, İsrailin 90 nüvə bombası və ya reket başlığı mövcuddur. Siyahıda sonuncu yeri tutan Şimali Koreyanın cəbbəxanasında cəmi 30 nüvə silahı mövcuddur.
Hesablamalar göstərir ki, bir radioaktiv Uran-235 atomunun partlamasından 200 MeV enerji ayrılır. 1 qr Uran-235 parçalanan zaman təqribən 2,5 ton kömürün verdiyi qədər enerji buraxır. Bir qədər də irəli getsək 1 kq Uran-235-in bütün nüvələrinin bölünməsi nəticəsində 5,1 x 1026 MeV enerji ayrılır ki, bu da 20 min ton trotilin (trinitrotoluol) partladılması zamanı yaranan enerjinin miqdarına bərabərdir. Bunun əksinə olaraq Hidrogen izotoplarının birləşib, 1 kq heliumun alınması zamanı (Hidrogen bombası) ayrılan enerjinin miqdarı 26,2 x 1026 MeV-a bərabərdir ki, bu da 100 min ton trotilin (trinitrotoluol) partlamasından alınan enerjiyə bərabər olur. Sonda belə nəticəyə gəlmək olur ki, sintez reaksiyalarından ayrılan enerjinin miqdarı (Hidrogen bombası), parçalanma reaksiyalarından ayrılan enerjinin miqdarından təxminən 5 dəfə çox olur.
Dünyanın bütün bu kataklizmalardan qorunması üçün ilk öncə ikibaşlı oyun oynamaqdan uzaqlaşaq. Biz bu gün öz adımızdan və eləcə də Planetimizin gələcək taleyinə laqeyd olmayan milyardlarla insanlar adından xahiş edirik, ey insanlar gəlin Dünyada gedən bütün müharibələri dayandırın deyək, Dünyanı oda-alova salmayın deyək. Bizim hamımızın bir Dünyamız var və onu qorumalıyıq. Kim Dünyada Sülhün tərəfdarıdırsa gəlin birləşək, bir olaq və nə qədər gec deyilsə Dünyamızı qoruyaq, onu gələcək qırğınlardan xilas edək. Axı, o, sizin, bizim və hamımızın yeganə evidir!
Dünyanın xilas etmək üçün ilk olaraq əlbəttə iqtisadiyyatda, siyasətdə, diplomatiyada və hər yerdə ikili standartlardan təmizlənmək gərəkdir. Bunun üçün insanların bir araya gəlməsi, lazımi qərarlar qəbul etməsi vacibdir. Siyasi baxışlar arasında körpülər qurmaq, qlobal sülhə və sabitliyə verilən töhfə, ortaq dəyərləri ümumiləşdirmək lazımdır. Yerin təkinin vəhşicəsinə istismarına son qoyulmalıdır. Təbiəti sevməli, ekologiyanın qızıl qanunlarına əməl edilməlidir.
Prof.İsmayıl Əliyev,
Bakı Dövlət Universitetinin “Həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri,
Prof. Abbas Abbasov, Bakı Dövlət Universitetinin “İngilis dili” kafedrasının müdiri .