Böyük Britaniya Azərbaycanın nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına investisiyaların cəlb olunması istiqamətində azərbaycanlı tərəfdaşları ilə işləyir.
Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı sAzərbaycan–Britaniya strateji tərəfdaşlığı yeni imkanlar açır – Səfir mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ticarət, innovasiya və təhsil, eləcə də müdafiə istiqamətlərini əhatə edir. Sənəd vətəndaşlar və bizneslər üçün yeni imkanlar açmaqla iqtisadi əməkdaşlığın növbəti mərhələsinin əsasını qoyur.
D.Norman London və Bakı fond birjaları arasında əlaqələrin inkişafını dəstəklədiklərini də qeyd edib.
Diplomat regional əməkdaşlıq imkanlarından danışarkən Naxçıvanın Orta Dəhliz üzərində logistika mərkəzinə çevrilmək potensialını vurğulayıb. O bildirib ki, Qarabağda da fəaliyyət göstərən Britaniyanın “Chapman Taylor” şirkəti Naxçıvan şəhərinin 20 illik baş planını hazırlayır.
Səfir enerji sahəsinin ikitərəfli münasibətlərdə əsas yerini qoruduğunu söyləyib. O, Xəzərin təmiz enerjisinin Avropa bazarına ötürülməsini nəzərdə tutan “Xlinks” və “Green Energy Corridor Company” arasındakı Anlaşma Memorandumunu alqışladıqlarını və bu istiqamətdə görülən işləri dəstəkləyəcəklərini bildirib.
Təhsil və elm sahəsində əməkdaşlığa toxunan D.Norman süni intellektin inkişafı, rəqəmsal transformasiya, insanların zəruri bacarıqlara yiyələnməsi və gələcəyin iş yerlərinin yaradılmasının tərəfdaşlığın əsas istiqamətlərindən olduğunu deyib.
Səfir müdafiə və təhlükəsizlik əlaqələrinin də genişləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu il iki ölkənin ilk birgə müdafiə kibertəlimi keçirilib, hərbi təlim əməkdaşlığı isə indiyədək ən yüksək səviyyəyə çatıb.
“Britaniya hərbi komandaları Azərbaycanda təlimlər keçirib, azərbaycanlı zabitlər isə Böyük Britaniyada Britaniya Ordusu və Kral Hərbi Dəniz Qüvvələrindən olan həmkarları ilə birlikdə təlim keçirlər”, – diplomat bildirib.
D.Norman kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesini də əhatə edən bu fəaliyyəti iki ölkə arasında indiyədək həyata keçirilən ən iddialı müdafiə əməkdaşlığı proqramı kimi qiymətləndirib.