Modern.az

Kəlbəcərdə televiziya yayım stansiyasının fəaliyyəti bərpa edildi

Kəlbəcərdə televiziya yayım stansiyasının fəaliyyəti bərpa edildi

Aktual

Bu gün, 16:07

Bu gün Kəlbəcər rayonu ərazisində yerləşən 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.

Modern.az xəbər verir ki, bu barədə "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC məlumat yayıb.

Bildirilib ki, bununla da, işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 13-ə çatdırılıb.

Qurum İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na və əhalinin geri qayıdış mərhələlərinə uyğun olaraq, şəbəkənin əhatə dairəsinin və siqnal keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini qeyd edir.

Sizə yeni x var
Keçid et
Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var