Modern.az

Bakı-Sumqayıt qatarında gedişhaqqı artırılır

Bakı-Sumqayıt qatarında gedişhaqqı artırılır

25 Yanvar 2019, 17:08

Yanvarın 28-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının gedişhaqlarında müəyyən dəyişikliklər ediləcək.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirova bildirib.

 

S.Qədirova qeyd edib ki, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı, elektron plastik kartlar istifadə edilir:

 

“Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir. Sərnişinlər  kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı  problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gedişhaqqı arasında qiymət fərqi tətbiq ediləcək”.

 

O həmçinin deyib ki, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək.

 

İstiqamət

Tarif (manatla)

(ƏDV daxil olmaqla)

Ekonom

Biznes

Plastik kartla

çap olunmuş

biletlə

 

Plastik kartla

çap olunmuş

biletlə

 

Bakı-Sumqayıt (Sumqayıt-Bakı)

1,0

1,10

2,00

2,10

Bakı-Biləcəri (Biləcəri-Bakı)

0,40

0,50

1,60

1,70

Bakı-Xırdalan (Xırdalan-Bakı)

0,60

0,70

1,80

1,90

Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)

0,40

0,50

1,20

1,30

Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)

0,80

0,90

1,80

1,90

Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)

0,60

0,70

1,60

1,70

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir