Modern.az

Prezident Zahid Oruca vəzifə verdi - Sərəncam

Prezident Zahid Oruca vəzifə verdi - Sərəncam

Parlament

11 Fevral 2019, 18:48

Prezident İlham Əliyev deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
 

Modern.az xəbər verir ki, sərəncama görə, Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Prezidentin 8 fevral 2019-cu il Fərmanı ilə yaradılıb. 


Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.


Modern.az
-ın məlumatına görə, Zahid Oruc 1972-ci ildə Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və  1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 


Ali təhsili başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb.

tanınıb.

1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.

1999-2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

2001, 2005, 2010, 2015-ci illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III, IV və V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 


Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir.

Evlidir, iki övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır