Modern.az

Türkiyə səfiri İlham Əliyevə təşəkkür etdi

Türkiyə səfiri İlham Əliyevə təşəkkür etdi

21 İyul 2016, 16:30

“Azərbaycan Türkiyəyə hər hadisədə olduğu kimi 15 iyul hadisəsində də dəstək verdi, yanında oldu. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm”.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki,Türkiyə Cümhuriyyəti, demokratiyası ayaqdadır, buna kiminsə şübhəsi olmasın:

 

“Fətullahçı terror təşkilatının əməllərinə xalqın necə təpki verməsinə şahid oldunuz. Xalq küçələrdə mövqe sərgilədi, siyasi partiyalar da dövlətin yanında oldu. Başda Azərbaycan olmaqla, Tükiyənin bütün dostlarına demək istəyirəm ki, rahat olsunlar. Bu prosesdə Türkiyə demokratiyası qazandı”.

 

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olunub.

 

Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok