Modern.az

Beynəlxalq təşkilat Sarkisyan rejimini tənqid etdi: “İnsanların narazılığı aşkardır”

Beynəlxalq təşkilat Sarkisyan rejimini tənqid etdi: “İnsanların narazılığı aşkardır”

23 İyul 2016, 14:39

Dünyada insan hüquqlarının qorunması üçün mübarizə aparan Human Rights Watch təşkilatı Yerevanda post-patrul alayının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra ölkədə yaşanan gərginliyə toxunub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, beynəlxalq təşkilat Yerevandakı aksiyalar zamanı polisin etirazçılara qarşı zorakılıq tətbiq etməsini pisləyib.

“Baş verənlər Ermənistan hakimiyyəti üçün xalqı dinləməyə şansdır. İnsanlar hüquqlarının qorunmasını istəyir. Söhbət azad seçkidən, müstəqil məhkəmə hakimiyyətindən və s. gedir. İnsaların narazılığı aşkardır”.

 

Təşkilat polisin etirazçılara qarşı zorakılıq faktlarının araşdırılmasının vacib olduğunu bildirib.

 

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok