Modern.az

Türkiyədə 45 qəzet, 16 telekanal, 3 xəbər agentliyi bağlanıb

Türkiyədə 45 qəzet, 16 telekanal, 3 xəbər agentliyi bağlanıb

27 İyul 2016, 23:46

Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bəzi  qurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat bağlanıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bağlanılan qəzetlərin arasında “Tərəf Zaman”, “Azad Düşüncə”, “Bu gün”, “Millət”, “Meydan”, “Today”s Zaman”, “Sabaha Baxış” və “Yeni Hayat”ın adları var.

Bağlanılan televiziya kanalları bunlardır: “Barış TV”, “Bu gün TV”, “Can Erzincan TV”, “Dünya TV”, “Hira TV”, “Irmak TV”, “Kanal 124”, “Kanaltürk”, “MC TV”, “Mehtap TV”, “Merkuri TV”, “Samanyolu Haber”, “Samanyolu TV”, “SRT TV”, “Tuna Shopping TV”, “Yumurcak TV”.

Bağlanılan informasiya agentlikləri isə “Cihan” Xəbər Agentliyi, “Müxbir” Xəbər Agentliyi və “SEM” Xəbər Agentliyidir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok