Modern.az

“Nord-Ost”da girovları azad edən komandir öldü

“Nord-Ost”da girovları azad edən komandir öldü

12 Sentyabr 2016, 22:47

Çeçenistanın Naur rayonunda Rusiya xüsusi təyinatlılarının əfsanəsi, polkovnik Yuri Torşin faciəli şəkildə ölüb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bu haqda “Alfa” qrupunun rəsmi saytında xəbər verilib.

 

Hərbçinin ölümünün nə səbəbdən baş verdiyi ətraflı açıqlanmır. Məlum olan budur ki, o, “Harley Davidson” motosikleti ilə hərəkətdə olanda idarəetməni itirərək qəzaya uğrayıb.

Yuri Torşin “Alfa” qrupuna 1982-ci ildə qəbul olunub, Əfqanıstanda və Şimali Qafqazda iki müharibədə iştirak edib. Bundan əlavə, o, 2002-ci ildə “Nord-Ost” myüziklində girovların azad olunması üçün keçirilən xüsusi əməliyyatın komandiri kimi məşhurlaşıb.

 

Məhz Yuri Tprşin öz qrupu ilə Dubrovkadakı teatr mərkəzinə hücum edən terrorçuların rəhbəri Mavsar Baraevi zərərsizləşdirib.

O 2015-ci ilin avqust ayından Çeçenistan Respublikası prezidentinin güc bloku üzrə müşaviri vəzifəsində çalışıb.

 

Modern.az

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok