Ədalət və İnkişaf Partiyasının (AKP) 619 üzvünün Fətullahçılarla əlaqədə olduğu müəyyən olunub.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunu AKP sədrinin təşkilati məsələlər üzrə müavini Mustafa Ataş deyib.
O bildirib ki, iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra həmkarlar, banklar, sosial müdafiə qurumlarında 519 partiyanın rayon təşkilatlarında isə 100 nəfərin Fətullahçılarla əlaqəsi olduğu müəyyənləşib.
M.Ataş deyib ki, AKP-nin 10 milyon üzvü var və onların arasında FETÖ-yə rəğbəti olanların da mövcudluğu mümkündür.
Sədr müavini FETÖ ilə əlaqəsi olanların aşkarlanaraq partiyadan çıxarıldığını vurğulayıb.
Ağa AKİFOĞLU