Modern.az

Xaçmazda ata oğlunu bıçaqlayıb

Xaçmazda ata oğlunu bıçaqlayıb

27 Sentyabr 2016, 23:44

Xaçmazda bıçaqlanma hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, ARB-nin məlumatına görə, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb.  Başından və bədənində bıçaq yaraları alan 26 yaşlı Əzizov Nizami Şirinbala oğlu təcili tibbi yardım vasitəsilə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

 

İlkin ehtimala görə, xəsarət alan şəxs atası tərəfindən bıçaqlanıb.

 

Hazırda faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok