Modern.az

Goranboyda 84 yaşlı kişi yanaraq öldü

Goranboyda 84 yaşlı kişi yanaraq öldü

Aktual

22 Oktyabr 2016, 09:51

Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən çeyit aşkarlanıb.

Onun 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlu olduğu müəyyən edilib.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok