Modern.az

Sumqayıtda aptekdə psixotrop dərmanlar satanlar TUTULDU

Sumqayıtda aptekdə psixotrop dərmanlar satanlar TUTULDU

Aktual

23 Yanvar 2017, 13:55

Sumqayıtda aptekdə psixotrop maddələr satan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sumqayıt polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki apteklərdən birində satıcı işləyən Şirxan Əliyev və Rəcəb Qasımov satışına məhdudiyyət qoyulmuş psixotrop dərmanların satışı ilə məşğul olduqlarına görə saxlanılıblar.

Aptekə baxış zamanı 7030 ədəd "Tramadol", 250 ədəd "Tropi" və 275 ədəd "Paden" psixotrop dərmanlar aşkar edilərək götürülüb.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok