Modern.az

Çində "Bahar bayramı" şənliklərində 39 nəfər ölüb

Çində "Bahar bayramı" şənliklərində 39 nəfər ölüb

5 Fevral 2017, 12:12

Çində bir həftədir davam edən "Bahar bayramı" şənliklərində partladılan fişənglər səbəbindən 13 min 796 məntəqədə yanğın qeydə alınıb.

 

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, atəşfəşanlıq və əyləncə fişənglərinin səbəb olduğu yanğınlarda 39 nəfərin öldüyü bildirilib. 

 

Hüquq-mühafizə orqanlarının mübadilə mərkəzləri, məbədlər, meydanlar və sərgi sahələrində nəzarətləri gücləndirməsi nəticəsində itkilərin keçən ilin eyni dövrünə nisbətən 26,4 faiz, çıxan yanğın sayının 11,8 faiz aşağı düşdüyü qeyd edilib. 

 

Ənənəvi heyvan təqviminə görə "Meymun ili”ni geridə buraxaraq "Xoruz ili”nə girilən ölkədə, yeni il şənliklərində atəşfəşanlıq və əyləncə fişənglərininpartladılması ilə "pis ruhların qovulduğuna" inanılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok