Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib.
Bu haqda Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O qeyd edib ki, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir:
“Sözügedən hissədə yol 40-50 sm çöküb. Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə “Azəravtoyol” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub”.
A.Nəcəfli bildirib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.
Gülşən RAUFQIZI