Modern.az

BMT-dən Qarabağ danışıqları ilə bağlı ÇAĞIRIŞ

BMT-dən Qarabağ danışıqları ilə bağlı ÇAĞIRIŞ

1 Aprel 2017, 09:42

BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb.

Bu haqda Modern.az TASS-a istinadən bildirir.

Onun sözlərinə görə, BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə etdikləri son bəyanatları nəzərə alır. Qeyd edib ki, həmsədrlərin hərəfləri atəşkəsi poza biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırışını tam dəstəkləyirlər.

"Biz gərginliyin azaldılması üçün bütün səyləri alqışlayırıq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına aparan məzmunlu danışıqları bərpa etmək üçün tərəfləri lazımi siyasi iradə göstərməyə çağırırıq".

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok