Modern.az

Daha 200 avtomobil geri çağırıldı

Daha 200 avtomobil geri çağırıldı

Aktual

4 Aprel 2017, 22:28

“Volksvaqen Qrupp Russ” şirkəti Rusiyada 200-dən çox “Volksvagen” və “Audi” markalı avtomobili geri çağırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qərar təhlükəsizlik yastıqları və kəmərlərində mümkün qüsurlarla əlaqədardır.

 

Məlumata görə, 2016-2017-ci illərdə istehsal olunan “Volksvagen”in “Golf”, “Amarok”, “Passat” və “Caravelle” modelli 74 avtomobili, “Audi”nin A4, A5, A6 və A8 modelli 128 avtomobili geri çağırılıb.

 

Bu avtomobillərdə qeyd edilən hissələrin əvəz ediləcəyi məlumat verilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok