Modern.az

Yaponiyada təbii fəlakət - çoxlu ölü və itkinlər var  

Yaponiyada təbii fəlakət - çoxlu ölü və itkinlər var   

10 İyul 2017, 09:09

Yaponiyanın Kyuşu adasının şimalında davam edən leysan yağışları nəticəsində faciə yaşanır.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə çoxlu insan itkisinə və itkin düşməyə yol açıb. Qeyri-sabit hava şəraiti təbii fəlakət nəticəsində itkin düşənlərin axtarışını çətinləşdirib.

Təsdiq edilən son xəbərlərə görə, Fukuoka və Oiça prefekturalarında 18 nəfər həlak olub, 20-dən çox adam isə itkin düşüb.

Təbii fəlakətdən qorunmaq üçün yüzlərlə insan yaşayış yerini dəyişməyə məcbur olub.

Sinoptiklər yağışların həftənin birinci günü də davam edəcəyini və torpaq sürüşmələrinin yaranacağı barədə xəbərdarlıq edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok