Sumqayıt şəhərində əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinənşəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da əcnəbi vətəndaşa məxsus içərisində 100 manat pul, qızıl əşyalar, mobil telefon və eynək olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vladislav İsmayılov tutulub.