Modern.az

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib

Aktual

26 Sentyabr 2017, 20:02

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini “Port Baku Residence” və Port Baku Mall”a qədər genişləndirib. Modern.az xəbər verir ki, şirkətdən "Trend"ə verilən məlumata görə, yaxın zamanlarda xidmətin əhatə dairəsinin "Dədə Qorqud" və "Nərimanov" parklarınadək genişləndirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.

 

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyona yaxın qoşulma qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok