Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində kömür mədənində uçqun baş verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, uçqun nəticəsində 6 nəfər dağıntılar altında həyatını itirib.
Son məlumata görə, 1 mədənçi yaralıdır, daha 1 nəfərin isə itkin düşdüyü bildirilir.