Modern.az

Bakıdakı yanacaqdoldurma məntəqəsində QULDURLUQ  

Bakıdakı yanacaqdoldurma məntəqəsində QULDURLUQ   

18 Dekabr 2017, 12:48

Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət edənİsmayıllı rayon sakini Mehman Cabbarov saat 5.00 radələrində rayon ərazisində işlədiyi yanacaqdoldurma məntəqəsinin istirahət otağında dincələrkən, ora qanunsuz daxil olmuş 2 naməlum şəxsin onu bıçaqla hədələyib cibindən 552 manatını götürmələri barədə məlumat verib.

        
DİN Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb. 


Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb, istintaqa təhvil veriliblər.


Araşdırmalarla onların Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mayilli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayev olduqları müəyyən edilib.

        

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok