Modern.az

Ermənistan bayram günlərində əsl simasını nümayiş etdirir - Rəsmi BƏYANAT 

Ermənistan bayram günlərində əsl simasını nümayiş etdirir - Rəsmi BƏYANAT 

22 Mart 2018, 16:54

"Bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərləri, sülh, barış, anlaşmadan danışarkən, Ermənistan əsl simasını nümayiş etdirərək atəşkəsi pozmaqda davam edir".

 

Modern.az xəbər verir ki,  bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.

 

"Ermənistan Novruz bayramı günlərində atəşkəsi pozaraq əsl simasını nümayiş etdirir", - deyən H.Hacıyev bu gün 98, ötən gün isə 101 dəfə atəşkəsin pozulduğunu qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok