Modern.az

Arazda batan İmişli sakininin cəsədi tapılıb 

Arazda batan İmişli sakininin cəsədi tapılıb 

17 İyun 2018, 09:35

İyunun 16-da Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb. 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə,  N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İmişli rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlu Göbəktala kəndi ərazisində Araz çayında çimərkən boğulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok