Modern.az

Göyçayda avtomobil motosikletçini vurdu

Göyçayda avtomobil motosikletçini vurdu

17 İyun 2018, 13:31
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Modern.az apa-ya istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəyirli kənd sakini Zaur Rəsulov idarə etdiyi "VAZ 21011” markalı minik avtomobili ilə kənddən əsas yola çıxarkən motosikletlə hərəkət edən Çaxırlı kənd sakini Elvin Məmmədovu vurub. E.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok