Modern.az

Dünya Çempionatı-2018: Nigeriya öz qələbəsi ilə Argentinaya yol açdı - VİDEO

Dünya Çempionatı-2018: Nigeriya öz qələbəsi ilə Argentinaya yol açdı - VİDEO

22 İyun 2018, 21:02

Rusiyada keçirilən dünya çempionatının doqquzuncu gününün ikinci oyununda “D” qrupunda yer alan İslandiya və Nigeriya milliləri qarşılaşıblar. Modern.az xəbər verir ki, “Volqoqrad Arena”da keçirilən görüşdə Nigeriya daha əzmli idi. Oyunun birinci hissəsində qapılara qol vurulmadı. İkinci hissədə isə Nigeriya rəqibini iki dəfə mərkəzə dəvət etdi. Beləliklə Nigeriya dünya çempionatının qrup mərhələsinin ikinci görüşündə İslandiyanı 2:0 hesabı ilə məğlubiyyətə uğratdı.

 

İlk turda Nigeriya millisi Xorvatiyaya 0:2 hesabı ilə məğlub olub. Argentina-İslandiya oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

“D” qrupunda 6 xalla səkkizdəbir finala vəsiqəni təmin edən Xorvatiya millisindən başqa, hər üç komanda qrupdan çıxmaq üçün mübarizə aparır. Buna görə də Nigeriyanın qələbəsi Argentinanın da növbəti mərhələyə çıxma şansını artırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok