Modern.az

İtkin düşmüş səudiyyəli jurnalistin nişanlısı Ağ Evə dəvət olunub  

İtkin düşmüş səudiyyəli jurnalistin nişanlısı Ağ Evə dəvət olunub   

14 Oktyabr 2018, 15:33

ABŞ prezidenti Donald Tramp itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı ilə görüşəcəyini bildirib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu o, Türkiyə tərəfindən azadlığa buraxılan keşiş Endryu Branson ilə Ağ evdə görüşü zamanı deyib.

 

"Biz onun nişanlısını Oval kabinetə dəvət etmişik", - deyə prezident vurğulayıb.

 

O həmçinin etiraf edib ki, Səudiyyə Ərəbistanından olan jurnalistin axtarışlarının müsbət nəticələnəcəyinə ümid bəsləmir.

"[Sonu ] yaxşı görünmür", — deyə Tramp bildirib.

 

Qeyd edək ki, oktyabrın 12-də Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılan amerikalı keşiş Endryu Branson şənbə günü Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok