Modern.az

“Mercedes” yük maşınına çırpıldı

“Mercedes” yük maşınına çırpıldı

18 Dekabr 2018, 20:28

Goranboy rayonunda avtomobil qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb, ona ambulator yardım göstərilib. Eyni zamanda hər iki maşına ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok