Modern.az

Lənkəranda 18 yaşlı gənc itkin düşüb - FOTO

Lənkəranda 18 yaşlı gənc itkin düşüb - FOTO

12 İyul 2019, 21:11

Lənkəranın Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu itkin düşüb.

Modern.az xəbər verir ki, bu barədə "Report"un Cənub Mərkəzinə onun valideynləri məlumat veriblər.

Məlumata görə, R.Axundlu ötən gün məşq etdiyi idman zalından çıxıb və evə qayıtmayıb. Onu son dəfə Lənkəran şəhərində, saat 20:00 radələrində görüblər. R.Axundlunun əynində boz rəngli köynək, ağ şalvar və əlində idman çantası olub. R.Axundlunun ailəsi tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib.

Onu görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok