Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon İçməli Su və Kanalizasiya idarəsinin çirkab sularından təmizləyici qurğusunun yeləşdiyi ərazidə və Goran qəsəbəsində olub.
Goranboy rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, icra başçısı rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə təbii fəlakət zamanı yaranan sel suları nəticəsində zərərçəkən obyektlərə baxıb.
İcra başçısı içməli su təsərrüfatı və kanalizasiya qurğularına, həmçinin, Goran qəsəbəsi ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərinə dəyən maddi və texniki ziyanın öyrənilməsi və aradan qaldırılması ilə bağlı aidiyyəti məsul şəxslərə zəruri tapşırıqlarını verib.