Qazax rayonunda torpaq uçqunu baş verib.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qazax rayonunda baş verən torpaq uçqunu ilə bağlı yayılan məlumatda bildirilir ki, nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunun Qarapapaq kəndində kanalizasiya xətlərinin çəkilişi zamanı bir nəfər torpaq qatının altında qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan müvafiq xilasetmə qüvvələri 1982-ci il təvəllüdlü Qocayev Gündüz Məşədi oğlunun meyitini torpaq altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə zamanı Ağstafa rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu isə xəsarət alıb. Yaralı Qazax rayon Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.