Modern.az

“Azəriqaz” sayğacları yeniləyir

“Azəriqaz” sayğacları yeniləyir

Aktual

14 Oktyabr 2019, 15:14

 

“Azəriqaz” İstehsalat Birliyi ölkədə əhali abonentlərinin qaz xətləri üzərində quraşdırılan və istismar müddəti başa çatan qaz sayğaclarının əvəz edilməsi prosesini davam etdirir.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib:

“Bunun 90 846-sı istismar müddəti başa çatmış, 91 625-i digər səbəblərdən (müdaxilə, sərfiyyatı qeyd etməməsi və s.) əvəz edilmiş sayğaclardır. Sentyabr ayı ərzində isə 24 154 sayğac yenisi ilə dəyişdirilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi