Modern.az

Deputat küçəsində FACİƏ: gənc qız dəm qazından boğuldu

Deputat küçəsində FACİƏ: gənc qız dəm qazından boğuldu

16 Noyabr 2019, 11:38

Bakıda 22 yaşlı qız faciəvi şəkildə ölüb.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 30-da qeydə alınıb. Həmin mənzildə yaşayan 1997-ci il təvəllüdlü Fəridə Tağıyeva hamam otağında dəm qazından boğularaq ölüb (apa). 

 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok