Modern.az

Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı

Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı

Aktual

8 Dekabr 2019, 11:42

İsmayıllıda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub. 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolununda baş verən yol qəzasında İsmayıllının Diyallı kənd sakini 1995-cı il təvəllüdlü Abışov Ramal Əliyusif oğlu hadisə yerində ölüb. Qəza nəticəsində İsmayıllı rayon sakinləri - 1977-ci il təvəllüdlü Süleymanov Ramil Məhəmmədağa oğlu, 1982-ci il təvəllüdlü Süleymanov Mehman Eyvaz oğlu, 1982-ci il təvəllüdlü İsmayılov İlkin İkram oğlu müxtəlif növ bədən xəsarətləri alaraq, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə barədə eşidən yaralılardan birinin qohumu 1965-cı il təvəllüdlü Nağıyev Rəhman Surxay oğlu hadisə zamanı oğlunun öldüyünü zənn edib. Ürək xəstəsi olan R. Nağıyevin səhhəti pisləşib və qəfildən ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok