Modern.az

Konfutsi Institutu Azərbaycan televiziyasının efirində - FOTO  

Konfutsi Institutu Azərbaycan televiziyasının efirində - FOTO  

16 Dekabr 2019, 12:46

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu kollektivi Azərbaycan Televiziyasında (AZTv) nümayiş olunan “Gənclik stansiyası” adlı gənclər verilişində iştirak ediblər.

 

Modern.az xəbər verir ki, Çin dili tədrisinin perspektivlərindən danışan  Ayan Kərimova, eyni zamanda Çin və onun mədəniyyətinin öyrənilməsinin də əhəmiyyətindən bəhs edib.

 

O, Konfutsi İnstitutunun ümumi təhsil və mədəni-maarifləndirici fəaliyyəti haqqında, həmçinin Azərbaycanda ilk milli Çin dərsliyinin nəşr olunmasından danışıb. Verilişdə Çin mədəniyyətini tanıtmaq məqsədilə Konfutsi İnstitutunun tələbələri “Ay” rəqsi,  qədim Çin çalğı aləti fleytanın müşayiəti ilə çay dəmləmə mərasimini təqdim ediblər.

 

Sonda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Çin dilində nəşr edilən, Prezident İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitab və Azərbaycan dilində çapdan çıxan, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət toplu təqdim olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok