Modern.az

Yanğında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada öldü

Yanğında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada öldü

Aktual

15 Fevral 2020, 00:49

Fevralın 11-də Şəmkirdə baş verən yanğında ağır xəsarət alanlardan biri də dünyasını dəyişib.

Modern.az APA-nın qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan 2011-ci il təvəlüdlü Əhmədov Rüstəm Zöhrab oğlu Bakıda xəstəxanada dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan digər iki nəfərin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, yanvarın 11-də Şəmkirin Ələsgərli kəndində kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus ev yanıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Əhmədova Mehi Bayraməli qızı vəfat edib, ev sahibi və onun övladı 2011-ci il təvəllüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə, oradan da Bakıya aparılıblar. Yanğında 1957-ci il təvəllüdlü Əhmədov Rüstəm Süleyman oğlu da xəsarət alıb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok