Modern.az

Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü

5 İyun 2020, 21:11

Türkiyədə son sutka ərzində daha 18 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 648 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 930-nun cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  168 340  nəfərə çatıb. Müalicə olunan 1 622  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  133 400  nəfər koronavirusdan müalicə olunub".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok