Modern.az

Ərinin bıçaqladığı qadın xəstəxanada öldü

Ərinin bıçaqladığı qadın xəstəxanada öldü

Aktual

8 Avqust 2020, 23:31

Tovuz rayonunda əri tərəfindən bıçaqlanan qadın vəfat edib.

Modern.az xəbər verir ki, bu gün rayonun Aşağı Quşçu kəndində 34 yaşlı əri Malik Məmmədov tərəfindən bıçaqlanan 30 yaşlı Rəqsanə Məmmədova bir neçə dəqiqə əvvəl yerləşdirildiyi xəstəxanada vəfat edib.

M. Məmmədov tutularaq istintaqa cəlb edilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok