Modern.az

Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI

Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI

Aktual

1 Dekabr 2020, 01:40

Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində Azərbaycan Ordusu bölmələrinin Laçına daxil olması ilə bağlı paylaşım edilib.

 

Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:

 

"Qardaş Azərbaycan, Qarabağda əldə edilən böyük zəfərdən sonra işğal altındakı öz torpaqlarıyla qovuşmaqda davam edir.

 

Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi. Qarabağ Azərbaycandır!"

 

Qeyd edək ki, paylaşıma ordumuzun Laçına girdiyini əks etdirən video da əlavə edilib.

 

Turan ASLAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok