Samux rayonunda əkin sahəsində iki nəfəri bıçaqlayıb qaçan şəxs saxlanılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirib ki, hadisə fevralın 28-də rayonun Lək kəndi ərazisində əkin sahəsində baş verib.
Rayonun Qarabağlar kənd sakini, 1969-cu il təvəllüdlü Asəf Muradovla Lək kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Həsənov arasında mübahisə yaranıb. A.Muradov bıçaqla E.Həsənovun qarnından bir zərbə vurub. A.Muradov, həmçinin, onları ayırmaq istəyən digər Lək kənd sakini, 1984-cü il təvəllüdlü Elçin Məmmədovu da bıçaqlayıb.
Daha sonra hadisə yerindən qaçan Asəf Muradov rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət aləti olan bıçaqla birlikdə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.