Goranboy rayonunda fəaliyyət göstərən Goran Regional Aqrotexnika Mərkəzində rayon İcra Hakimiyyəti, Dövlət Aqrar İnkişaf Mərkəzi, rayonun bəzi inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələri, bir qrup fermərlər ilə birgə kənd təsərrüfatı toplantısı keçirildi.
Modern.az xəbər verir ki, toplantıda rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak edib.
Keçirilən toplantıda kənd təsərrüfatı maşınları, texnikaları və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan Aqrotexnika Mərkəzinin mövcud potensial imkanlarından fermerlərin kənd təsərrüfatı işlərində, xüsusən də mövsümi yaz əkini və səpini işlərində maksimum yararlanması, dövlətimiz tərəfindən fermer və sahibkarlara göstərilən hərtərəfli qayğı və imkanlardan; güzəştli aqro kreditlərdən, aqrotexniki xidmətlər və kənd təsərrüfatı subsidiyalarından səmərəli faydalanması istiqamətlərində müzakirələr aparıldı. Yüksək işgüzarlıq və qarşılıqlı dialoq çərçivəsində keçirilən toplantıda qeyd olunan sahələrdə səmərəliliyin və faydalılığın daha da artırılması ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyyələr bildirildi.