Modern.az

Sabahdan Türkiyəyə uçanlar anket doldurmalı olacaqlar

Sabahdan Türkiyəyə uçanlar anket doldurmalı olacaqlar

14 Mart 2021, 17:46
Sabahdan etibarən Türkiyəyə daxil olan əcnəbilər xüsusi "Türkiyəyə Giriş Anketi" dolduracaqlar. 
 
 
Modern.az xəbər verir ki, bu barədə Türk Hava Yolları turistlərə xəbərdarlıq edib. Bildirilir ki, tələb edilən anketin doldurulması üçün sərnişinlərin 72 saat vaxtı olacaq: 
 
 
"Sərnişinlərin diqqətinə: Rəsmi qurumların verdiyi qərara uyğun olaraq, 15 Mart 2021-ci ildən etibarən Türkiyəyə səyahət edən şəxslər uçuşdan öncəki 72 saat müddətində http: //register.health.gov.tr adresində yerləşdirilən Türkiyəyə Giriş anketini doldurmalıdırlar". 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok